"Azeri Light" neftinin qiyməti 128 dollar həddini keçib

09:58 - 16.09.2026


16 Sentyabr, Fineko/abc.az. Dünya enerji bazarlarında müşahidə olunan qiymət dinamikasına uyğun olaraq, Azərbaycanın "Azeri Light"  markalı xam neftinin qiymətində yüksəliş qeydə alınıb.

Məlumata görə, "Azeri Light" neftinin bir barelinin qiyməti 0.74 ABŞ dolları ( 1.26 AZN) və ya 0.58 faiz artaraq 128.03 dollara (/ 217.65 AZN) yüksəlib.

Qlobal bazarlarda neft kotirovkalarının artması beynəlxalq birjalardakı təklif və tələb balansının dəyişməsi, habelə iri enerji idxalçılarının tələbatındakı müsbət dinamika ilə əlaqələndirilir.