11:06 - 14.09.2026
14 sentyabr, Fineko/abc.az. Bu il sentyabrın 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan vergi ödəyicilərinin sayı 56 418-ə çatıb.
Onların 94,7 %-ini fiziki şəxslər, 5,3 %-ini isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edir.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,7 % artıb. Bu dövrdə fiziki şəxslərin sayı 6,8 %, hüquqi şəxslərin sayı isə 5,7 % yüksəlib.
Hesabat dövründə qeydiyyatda olan kommersiya qurumlarının sayı da artaraq 1 939-a çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 % çoxdur.
Bu ilin yanvar–avqust aylarında qeydiyyata alınan kommersiya qurumlarının 85,4 %-i elektron qaydada, 14,6 %-i isə kağız daşıyıcısı əsasında qeydiyyatdan keçib.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026