8 ayda dərman və tibbi ləvazimatlara 1.2 milyard manatdan çox xərclənib

11:36 - 15.09.2026


15 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 212.9 milyon manatlıq ($713.47 milyon) əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 21.6% çoxdur. Hesabat dövründə alıcıların son istehlak xərclərinin 2.7%-i bu məhsulların alınmasına sərf olunub.