Azərbaycanın emal sənayesi böyüyür - İstehsal 15 milyard manata yaxınlaşdı

12:32 - 11.09.2026


11 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın emal sənayesində 14 milyard 912,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur.

Emal sənayesində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+89,3%), əczaçılıq məhsullarının istehsalı (+48,4%), mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı (+38,7%), toxuculuq sənayesi (+28,8%), tütün məmulatlarının istehsalı (+16,3%), kağız və karton istehsalı (+14,1%), rezin və plastik kütlə məmulatlarının istehsalı (+9,2%), tikinti materiallarının istehsalı (+9,0%), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı (+8,0%), qida məhsullarının istehsalı (+7,9%), metallurgiya sənayesi (+6,9%), elektrik avadanlıqlarının istehsalı (+5,4%) sahələrində olub.