Naxçıvandan Türkiyəyə 1 giqavatlıq elektrik enerjisi ixrac ediləcək

15:24 - 11.09.2026


11 sentyabr, Fineko/abc.az. Bakıda keçirilən Azərbaycan-Türkiyə V Enerji Forumunda energetika naziri Pərviz Şahbazov Naxçıvanın Zəngəzur dəhlizi vasitəsilə ölkənin vahid elektrik enerjisi sisteminə qoşulması layihəsinin strateji əhəmiyyətini vurğulayıb.

Cəbrayıl-Ağbənd yüksək gərginlikli elektrik ötürmə xəttinin tikintisi yekunlaşmaq üzrədir. Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan və Türkiyə ilə yeni elektrik bağlantısı yaradılacaq.

İlkin mərhələdə Naxçıvan üzərindən Türkiyəyə 1 giqavat elektrik enerjisinin ötürülməsi planlaşdırılır.

Hazırda layihənin optimal bağlantı və maliyyələşdirmə modeli üzrə müzakirələr davam edir.