Abşeron və Hacıqabulda data mərkəzləri tikilir

10:46 - 9.09.2026


9 sentyabr, Fineko/abc.az. Abşeron və Hacıqabulda data mərkəzləri inşa edilir.

Bunu jurnalistlərlə keçirilən görüşdə "Azintelekom"un İctimaiyyətlə Əlaqələr şobəsinin əməkdaşı Amin Nəzərli bildirib.

O qeyd edib ki, bunlar milli data mərkəzləri olacaq:

"Biz bu data mərkəzlərinə tikməyə başlamazdan əvvəl 150 qurum arasında sorğu keçirdik və ondan sonra müəyyən etdik ki, doğurdan da bu mərkəzlərə ehtiyac var. Bu mərkəzlər ölkəmizin informasiya texnologiyaları sahəsində ciddi rol oynayacaq. Abşeronda tikilən data mərkəz üçün 4 hektar yer ayrılıb. Hazırda tikinti davam edir və güman edirik ki, inşa işləri gələn il yekunlaşacaq".

Müəllif: Elmir Muradov