14:57 - 7.09.2026
7 sentyabr, Fineko/abc.az. Rusiya və Şimali Koreya arasında ilk avtomobil körpüsü istifadəyə verilib.
Rusiya Baş naziri Mixail Mişustin və KXDR Dövlət Şurasının Baş naziri Pak Thae Son videobağlantı vasitəsilə iki ölkənin sərhədində Tumannaya çayı üzərində inşa edilən körpünün açılış mərasimində iştirak ediblər.
İki zolaqlı körpünün uzunluğu təxminən 1 kilometrdir. Körpüyə 1946-cı ildə Kim İr Seni xilas edən sovet zabiti Yakov Noviçenkonun adı verilib.
Körpü ilə yanaşı, sutkada 300-dək avtomobilin keçidi üçün nəzərdə tutulan “Xasan” avtomobil sərhəd-keçid məntəqəsi də inşa edilib. Məntəqə “Ussuri” magistralı ilə birləşdirilib.
İndiyədək Rusiya ilə KXDR arasında quru əlaqəsi yalnız dəmir yolu vasitəsilə həyata keçirilirdi.
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026