15:53 - 1.09.2026
1 sentyabr, Fineko/abc.az Azərbaycan nərə, qızılbalıq və çəkikimilərlə özünü tam təmin edir.
Bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev mətbuat konfransında bildirib.
"Həmin növ balıqlar eyni zamanda ixrac olunur", - deyə o qeyd edib.
C.Əliyevin sözlərinə görə, təbii şəraitə uyğun balıqların tam təbii şəraitdə yetişdirilməsi ilə özünü təmin etməyə nail olan ölkədə gələcəkdə ixrac potensialı yüksək olan nərə balıqlarının və nərə məhsullarının da ixracının həyata keçirilməsi əsas hədəflərdən biridir.
"Bu sahənin inkişafı həm may ayında qəbul olunmuş dövlət proqramında xüsusi vurğulanıb, həm də "Balıqçılıq haqqında" qanunda öz əksini tapıb. Yenilənmiş qanunvericilik balıqçılıq sahəsində təkmilləşməni, lisenziya prosesinin sadələşdirilməsini, eyni zamanda sonrakı proseslərdə dövlət dəstəyi mexanizmlərinin formalaşdırılmasını və akvakultura sahəsində yetişdirilən balıqlara məhsul subsidiyalarının verilməsini nəzərdə tutur. Akvakultura sahəsinin təkmilləşdirilməsi, bioloji-texniki əsaslandırmanın hazırlanması prosesinin sadələşdirilməsi və elektronlaşdırılması həm subsidiyanın verilməsi mexanizminə köməklik göstərəcək, həm də sahənin ümumi inkişafını dəstəkləyəcək", deyə nazirlik rəsmisi əlavə edib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026