"Nvidia" və "OpenAI" rəhbərləri G20 sammitində: Süni intellektin gələcəyi müzakirə olunacaq

22:01 - 27.08.2026


27 avqust 2026-cı il, Fineko/abc.az. “Nvidia”nın baş icraçı direktoru Censen Huanq  və “OpenAI” rəhbəri Sem Altman  gələn həftə Şimali Karolinada (ABŞ) keçiriləcək G20 nazirlərinin texnologiya sammitində çıxış edəcəklər.

Tədbir çərçivəsində İlon Mask , Dina Pauell Makkormik  və Devid Saksın  videoformatda iştirakı gözlənilir. Sammitdə Sem Altman ABŞ Ticarət naziri Hovard Lutnik  ilə süni intellektin (AI) inkişafı perspektivlərinə dair panel müzakirəsi aparacaq.

ABŞ tədbirdə G20 ölkələrinə süni intellektin tənzimlənməsində sərt məhdudiyyətlərdən yayınmağı və özəl sektorla əməkdaşlığı nəzərdə tutan öhdəliksiz saziş imzalamağı təklif edəcək.