11:04 - 27.08.2026
27 avqust, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ildə balans көрсəricilərini möhkəmləndirərək uzunmüddətli öhdəliklərini 22,5% azaldıb. Şirkətin uzunmüddətli maliyyə yükü 24,2 milyard manatdan 18,7 milyard manata enərək təxminən 5,5 milyard manatlıq azalma nümayiş etdirib.
İl ərzində SOCAR-ın ümumi aktivləri 2,3% artaraq 96,85 milyard manata, cari aktivləri isə 7,4% artaraq 30,56 milyard manata yüksəlib. Əldə edilən nəticələrə əsasən, şirkətin ümumi aktivləri ümumi öhdəliklərini 49,93 milyard manat üstələyib.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026