12:31 - 25.08.2026
25 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,4% azalaraq 1 milyon 160,1 min nəfər təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədən gedənlərin 65,1%-ni kişilər, 34,9%-ni isə qadınlar təşkil edib.
Xaricə səfər edən vətəndaşların 70,4%-i hava nəqliyyatından, 27,6%-i dəmir yolu və avtomobil nəqliyyatından, 2%-i isə dəniz nəqliyyatından istifadə edib.
Səfər edilən əsas ölkələr üzrə dinamika:
Türkiyə: Vətəndaşlarımızın 42,7%-i Türkiyəyə üz tutub ki, bu da illik müqayisədə 2,7% çoxdur.
Rusiya: Ümumi gedənlərin 15,9%-i Rusiyaya səfər edib (1,3% azalma).
Gürcüstan: Vətəndaşların 12,4%-i Gürcüstana yollanıb (8% artım).
İran: İrana gedənlərin payı 5,8% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,3% azdır.
Digər istiqamətlər: Səfərlərin 23,2%-i digər ölkələrin payına düşüb (4,1% azalma).
29 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026