14:59 - 24.08.2026
24 avqust, Fineko/abc.az. Cari ilin ilk 7 ayının nəticələrinə əsasən, respublikada ictimai iaşə xidmətlərinə xərclənən vəsaitin ümumi həcmi 1 milyard 718,8 milyon manata çatıb.
Dövlət Statistika Komitəsinin hesabatına görə, sahə üzrə real artım tempi ötən ilin eyni ayları ilə müqayisədə 7,1 % təşkil edib.
Özəl bölmədə formalaşan dövriyyənin yarısı (50,1 %-i) fərdi sahibkarların, qalan 49,9 %-i isə hüquqi şəxslərin payına düşüb. Bu dövrdə hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin həcmi 5 % yüksələrək 853,9 milyon manat təşkil edib.