10:27 - 27.11.2026
27 noyabr, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) 2025-ci il üzrə Dayanıqlılıq hesabatına əsasən, ötən ilin sonunda aviaşirkətin işçi heyətinin sayı 2024-cü ilin yekun göstəricisi ilə müqayisədə 12,5 % çoxalaraq 1 579 nəfər təşkil edib.
Məlumata görə, kollektivdə 931 kişi və 648 qadın çalışır. Yaş bölgüsünə nəzər saldıqda əməkdaşların 39 %-nin 30 yaşdan aşağı, 54 %-nin 30-50 yaş aralığında, 7 %-nin isə 50 yaşdan yuxarı olduğu görünür.
Hesabat dövründə kadrların peşəkar hazırlığının yüksəldilməsi məqsədilə 2 000-dən artıq işçiyə “Sky Academy” platformasının təlimlərindən faydalanmaq imkanı yaradılıb, həmçinin Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə beynəlxalq təlim sahəsində tərəfdaşlıq əlaqələri qurulub.
Bundan əlavə, sənəddə sosial inklüzivlik üzrə həyata keçirilən layihələr də öz əksini tapıb.
Belə ki, aviaşirkət Yay Təcrübə Proqramı vasitəsilə Milli Aviasiya Akademiyasının 35 tələbəsini sıralarına qatıb, eyni zamanda Zəngilan rayonundan olan 50 vətəndaşı daimi iş yeri ilə təmin edib. Şirkət həmçinin autizmli şəxslərin əmək bazarına inteqrasiyasına dəstək vermək üçün “Birgə və Sağlam” İctimai Birliyi ilə birgə fəaliyyət göstərir.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
25 Noyabr 2026
25 Noyabr 2026