"X" gəlir bölgüsü proqramını ləğv edir – Yeni mükafat sistemi tətbiq olunacaq

06:00 - 11.08.2026


11 avqust, Fineko/abc.az. "X" sosial şəbəkəsi gözləntiləri doğrultmayan gəlir bölgüsü proqramını dayandıraraq "Orijinal Məzmun Mükafatları" adlı yeni sistemi istifadəyə verir. Şirkət bu addımla platformada müəllif kontentlərinin artırılmasını hədəfləyir.

Mövcud proqrama yeni istifadəçi qəbulu dayandırılıb. Cari iştirakçılar sentyabrın 7-dək gəlir əldə edə biləcəklər. Yeni proqram üçün müraciətlər isə sentyabrın 8-dən başlayacaq.

Şərtlərə əsasən, iştirakçıların "X Premium" abunəliyi, ən azı 500 təsdiqlənmiş izləyicisi və son 90 gündə 500 min baxışı olmalıdır. Orijinal xəbər, təhlil, foto və videolar mükafatlandırılacaq. Başqasının materialını birbaşa kopyalayıb paylaşanlar sistemə daxil edilməyəcək.