"ChatGPT" istifadəçilərinə şad xəbər: "OpenAI" mətnli çatlar üçün limitləri ləğv edir

09:22 - 10.08.2026


10 avqust, Fineko/abc.az. "OpenAI" şirkəti "ChatGPT" platformasının ödənişsiz versiyasından istifadə edənlər üçün böyük yeniliyi elan edib.

Məlumata görə, növbəti həftədən etibarən bütün istifadəçilər yeni "GPT-5.6 Luna" modeli əsasında limitsiz mətnli çat imkanı əldə edəcəklər. Yeni model əvvəlki "GPT-5.5 Instant" versiyasını əvəzləyərək cavablarda faktoloji xətaların sayını əhəmiyyətli dərəcədə azaldır. Yeniliklə rejimə mürəkkəb sualları daha dərin təhlil etmək üçün "Think" (Düşün) düyməsi də əlavə olunub.

Lakin fayl yüklənməsi, şəkillərin yaradılması və digər resurs tutumlu funksiyalar üçün mövcud limitlər qüvvədə qalacaq.