14:03 - 7.08.2026
7 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Elm və Təhsil Nazirliyi onun müddəalarının icrasını təmin etməlidir.
Eyni zamanda, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan tərəfinə bildiriş göndərmək tapşırılıb.
8 Avqust 2026
8 Avqust 2026