13:56 - 7.08.2026
7 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Təşkilat Komitəsinin sədri Baş nazirin müavini Samir Şərifov, sədr müavini isə iqtisadiyyat naziri təyin olunub.
Komitənin tərkibinə bir sıra nazirliklər, dövlət komitələri, agentliklər, eləcə də ARDNF, SOCAR, "AZAL", "Azərenerji" və "Azərişıq" kimi iri dövlət şirkətlərinin rəhbərləri daxil edilib.
İqtisadiyyat Nazirliyi isə Təşkilat Komitəsinin Katibliyi funksiyasını həyata keçirəcək.
Təşkilat Komitəsi bu il sentyabrın 25–26-da keçiriləcək ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun təşkilini təmin edəcək, hər il müvafiq Tədbirlər Planı hazırlayacaq və icrasını əlaqələndirəcək.
Sənəddə vurgulanır ki, 2025-ci ildə keçirilmiş birinci forum ölkənin investisiya imkanlarının təşviqi, dövlət–özəl tərəfdaşlığı və xarici investorlarla əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformaya çevrilib.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026