21:34 - 23.07.2026
23 iyul, Fineko/abc.az. Fransanın “TotalEnergies” enerji şirkətinin mayeləşdirilmiş təbii qaz (LNG) satışları yanvar–iyun aylarında 2025-ci illə müqayisədə 9% artıb.
Şirkətin hesabatına görə, LNG satış həcmi 23,1 mln ton təşkil edib (ötən il 21,2 mln ton). Bununla belə, II rübdə göstərici I rüblə müqayisədə 13% azalaraq 10,7 mln tona düşüb.
TotalEnergies-in LNG satışlarından əldə etdiyi gəlir I yarımildə 9% azalaraq $2,125 mlrd olub. II rübdə isə gəlir illik müqayisədə 22% azalaraq $807 milyona, əvvəlki rüblə müqayisədə isə 39% aşağı düşüb.