İran Məclis Sədri: "İranın neft sata bilmədiyi regionda heç kim neft sata bilməz"

11:58 - 23.07.2026


23 iyul, Fineko/abc.az. İran Parlamenti (Məclis) Sədri Məhəmməd Baqir Qalibaf regionda energetika təhlükəsizliyi və Hörmüz boğazındakı vəziyyətlə bağlı xəbərdarlıq edib.

 O, sosial şəbəkə hesabında bildirib ki, İranın neft satmasına maneə yaradılacağı təqdirdə, regionun heç bir ölkəsi neft ixrac edə bilməyəcək.

Qalibaf "bu müharibənin tənliyi aydındır: ya hamımız, ya da heç birimiz" ifadəsini işlədərək, İranın təhlükəsizliyi təmin olunmadığı təqdirdə heç bir infrastrukturun təhlükəsiz qalmayacağını vurğulayıb.

Məclis sədri əlavə edib ki, Hörmüz boğazında vəziyyət müharibədən əvvəlki mənzərəyə qayıtmayacaq və boğazın təhlükəsizliyi ABŞ qüvvələrinin regiondan çıxarılmasından asılıdır.