Neft bahalaşır: Brent bir barel üçün 96,35 dollar təşkil edir

09:59 - 23.07.2026


23 iyul, Fineko/abc.az. Cümə axşamı ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri artmaqda davam edir.

Saat 09:55-ə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" markalı neftin sentyabr fyuçersinin qiyməti 2,28 dollar (2,42%) artaraq bir barel üçün 96,35 dollar təşkil edib. İyulun 22-də keçirilən ticarətin yekunlarına əsasən, "Brent" neftinin sentyabr fyuçersi 3,06 dollar (3,36%) bahalaşaraq bir barel üçün 94,07 dollar olub.

Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" markalı neftin sentyabr fyuçersinin qiyməti saat 09:55-ə qədər 1,55 dollar (1,79%) artaraq bir barel üçün 88,38 dollar təşkil edib. İyulun 22-də keçirilən ticarətin yekunlarına əsasən, "WTI" neftinin sentyabr fyuçersinin qiyməti 2,49 dollar (2,95%) artaraq bir barel üçün 86,83 dollar təşkil edib.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,83 ABŞ dolları və ya 1,85% artaraq 100,56 ABŞ dolları təşkil edib.