11:22 - 22.07.2026
22 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 68,2 min ABŞ dolları dəyərində 93,6 ton xiyar (təzə və ya soyudulmuş) idxal edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 dəfə, kəmiyyət olaraq 8 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana xiyar ixrac edən ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrdən 5,7 milyon ABŞ dolları dəyərində 8 min 833 ton xiyar alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 18 % və 14 % azdır.
Hesabat dövründə Gürcüstan Türkiyədən 4,6 milyon ABŞ dolları dəyərində 6 min 541 ton, İrandan 1,1 milyon ABŞ dolları dəyərində 2 min 150 ton, Özbəkistandan 21,5 min ABŞ dolları dəyərində 43 ton, İordaniyadan 2,7 min ABŞ dolları dəyərində 5,6 ton xiyar alıb.
21 Sentyabr 2026
21 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
21 Sentyabr 2026