Neft bahalaşır: Brent $92/barel təşkil edir

09:54 - 22.07.2026


22 iyul, Fineko/abc.az. Çərşənbə günü ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri artır.

Saat 09:50-yə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçersinin qiyməti $1,00 (1,10%) artaraq bir barel üçün $92,01 təşkil edib. İyulun 21-də keçirilən ticarətin yekununda Brent neftinin sentyabr fyuçersi $1,79 (2,01%) bahalaşaraq bir barel üçün $91,01 olub.

Nyu-York əmtəə birjasında (NYMEX) WTI neftinin sentyabr fyuçersinin qiyməti saat 09:50-yə qədər $0,83 (0,98%) artaraq bir barel üçün $85,17 təşkil edib. İyulun 21-də ticarət əməliyyatlarının yekununda WTI neftinin sentyabr fyuçersinin qiyməti $1,86 (2,26%) artaraq bir barel üçün $84,34 olub.

Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti isə $4,82 (5,13%) artaraq bir barelə $98,73-ə çatıb.