"JPMorgan" Türkiyənin bir sıra şirkət və bank istiqrazları üzrə tövsiyələrini yüksəldib

14:07 - 21.07.2026


21 iyul, Fineko/abc.az. "JPMorgan" investisiya bankı makroiqtisadi sabitlik, yüksək gəlirlilik və bazardakı zəif performans fonunda Türkiyənin bir sıra korporativ və bank istiqrazları üzrə tövsiyəsini "artırılmış çəki" səviyyəsinə qaldırıb.

Zəfər Nazim və Lorentso Parisinin də daxil olduğu analitiklər 8-11% gəlirlilik təklif edən Türk istiqrazlarının bazar ortalamasından yüksək  gəlir gətirdiyini bildiriblər.

 Bankların "Tier 2" və daimi  istiqrazları, "Çimko", "Limak Çimento" və "Ülker" şirkətlərinin borc qiymətli kağızları üzrə tövsiyələr yüksəldilib.

 Eksportyor şirkətlərdə marja təzyiqi səbəbindən "Arçelik" və "Şişecam" istiqrazları "indeksdən aşağı"  səviyyəsinə endirilib, "Ford Otosan", "Anadolu Efes" və "Coca-Cola İçecek" üzrə isə "neytral  mövqe saxlanılıb.