21:15 - 15.07.2026
15 iyul, Fineko/abc.az. ABŞ Senatındakı Demokratlar Prezident Donald Trampın İrana qarşı hərbi addımlarda Konqresi kənarda qoyduğunu əsas gətirərək, 1,15 trilyon dollarlıq illik müdafiə büdcəsi layihəsinin (NDAA) qəbulunu əngəlləyiblər.
Səsvermədə layihə 50 lehinə, 46 əleyhinə səs toplasa da, Senatda müzakirələrin davam etdirilməsi üçün tələb olunan 60 səs həddinə çata bilməyib. Demokratların lideri Çak Şumer Trampın İrana qarşı müharibə planlarını strategiyasız və Konqresin icazəsi olmadan başlatdığını bəyan edib.
Müxalifət həmçinin sosial proqramların ixtisar edildiyi bir vaxtda hərbi xərclərin artırılmasına, o cümlədən əlavə istənilən 350 milyard dollarlıq vəsaitə qarşı çıxır. Hazırda qanunun qüvvəyə minməsi üçün Nümayəndələr Palatası və Senat arasında uzlaşma komissiyasının yeni mətn hazırlaması gözlənilir.