15:50 - 15.07.2026
15 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 12 milyard 430 milyon 833 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin statistikasında qeyd edilib. Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 4 milyard 105 milyon 156,48 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2025-ci ilin ilk 6 ayı ilə müqayisədə 0,5 % çox, dəyəri isə 9,6 % azdır.
2026-ci ilin yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 25,15% olub.
27 İyul 2026
25 İyul 2026