16:37 - 8.07.2026
8 iyul, Fineko/abc.az. "Mercedes-Benz" şirkətinin qlobal avtomobil satışları, Çindəki daşınmaz əmlak böhranının lüks seqmentə olan tələbi zəiflətməsi səbəbindən ikinci rübdə geriləyib.
Şirkətin hesabatına görə, ümumi qlobal tədarük ötən ilin eyni dövrü ilə müqayisədə 8% azalıb, yerli istehsalçıların rəqabətinin kəskinləşdiyi Çin bazarında isə eniş birdən-birə 30% təşkil edib.
Buna baxmayaraq, brend digər regionlarda müsbət dinamika nümayiş etdirir: idxal rüsumlarına rəğmən "Mercedes"in Şimali Amerika satışları 13% artıb, Avropadakı güclü tələb sayəsində isə tam elektrikli modellərin tədarükündə 51% sıçrayış qeydə alınıb.
Şirkət həmçinin yeni "S-Class" modelinin uğurlu təqdimatını xüsusi vurğulayır və Avropada ilin qalan dövrü üçün sifariş kitablarının artıq tamamilə dolduğunu bildirir.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026