16:05 - 8.07.2026
8 iyul, Fineko/abc.az. Çin hakimiyyəti yerli iri texnologiya şirkətləri ilə xarici istifadəçilərin ən qabaqcıl milli süni intellekt modellərinə çıxışının məhdudlaşdırılması imkanını müzakirə edir.
Bu barədə Reuters agentliyi məlumat yayıb. Danışıqlarda Alibaba, ByteDance və Z.ai startapı iştirak edir.
Agentliyin məlumatına görə, hakimiyyət həm qapalı, həm də açıq süni intellekt modelləri üzərində nəzarətin gücləndirilməsini, eləcə də xarici investorların Çin süni intellekt startaplarının maliyyələşdirilməsinə çıxışının məhdudlaşdırılmasını nəzərdən keçirir. Təşəbbüsün yekun parametrləri hələ müəyyənləşdirilməyib.