11:09 - 8.07.2026
8 iyul, Fineko/abc.az. ABŞ-da kommersiya neft ehtiyatları azalmağa davam edir, lakin azalma tempi zəifləyib: 3 iyulda başa çatan həftə ərzində ehtiyatlar 399 min barel azalıb, halbuki əvvəlki həftədə bu göstərici 6,07 milyon barel idi. Son 12 həftə ərzində azalma təxminən 60 milyon barel, ilin əvvəlindən isə 8,6 milyon barel təşkil edib.
Məlumata görə, Strateji Neft Ehtiyatlarında da azalma davam edib — ehtiyatlar 6,2 milyon barel azalaraq 325,7 milyon barelə düşüb. Kuşinqdə isə ehtiyatlar 69 min barel azalıb. Eyni zamanda benzin ehtiyatları 2,93 milyon barel, distillat ehtiyatları isə 1,8 milyon barel azalıb.
Neft hasilatı bir qədər azalaraq sutkada 13,81 milyon barelə enib. Ümumilikdə ehtiyatların azalması ABŞ-da sabit tələbatın qaldığını göstərir, hasilatdakı cüzi azalma isə hələlik təklifə ciddi təsir etmir.
27 İyul 2026