10:30 - 8.07.2026
8 iyul, Fineko/abc.az. Cənubi Koreyanın şirkəti 2026-cı ilin ikinci rübünün yekunlarına görə əməliyyat mənfəətini iki dəfədən çox artıraraq 1,58 trilyon vona (1,03 milyard ABŞ dolları) çatdırıb. Bu göstərici bazar gözləntilərini (1,07 trilyon von) əhəmiyyətli dərəcədə üstələyib.
Mənfəətin artımı qismən ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları ilə bağlı ödənilmiş birdəfəlik kompensasiya gəliri hesabına təmin olunub.
Şirkətin rüblük gəliri 15% artaraq rekord həddə – 23,83 trilyon vona yüksəlib. İlin ilk altı ayının yekununda əməliyyat mənfəəti 3,25 trilyon vona çataraq artıq ötən ilin bütün nəticəsini geridə qoyub.
Güclü maliyyə hesabatının açıqlanmasından sonra şirkətin səhmləri 1,8% bahalaşıb. Bu artım indeksinin enişi fonunda baş verib.