09:13 - 7.07.2026
7 iyul, Fineko/abc.az. Çərşənbə axşamı ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri artır.
Bakı vaxtı ilə saat 09:10-a olan məlumata görə, ICE Futures birjasında Brent neftinin sentyabr fyuçersinin qiyməti $0,52 (0,72%) artaraq bir bareli $72,51 təşkil edib. İyulun 6-da keçirilən ticarət sessiyasının yekununda bu müqavilənin qiyməti $0,13 (0,18%) ucuzlaşaraq bir bareli $71,99 olub.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI neftinin avqust fyuçersinin qiyməti saat 09:10-a qədər $0,47 (0,69%) yüksələrək bir bareli $69,02 təşkil edib. İyulun 6-da baş tutan əvvəlki ticarət sessiyasının nəticələrinə görə, müqavilə $0,27 (0,39%) ucuzlaşaraq bir bareli $68,55 olub.
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti isə $0,78 (1,07%) artaraq bir barel üçün $73,71-ə yüksəlib.
30 İyul 2026
28 İyul 2026