12:06 - 6.07.2026
6 iyul, Fineko/abc.az. Cari ildə SOCAR Dallasda keçirilən Dünya İqtisadi Forumunda "Lighthouse" (Mayak) mükafatına layiq görülüb.
Bu barədə SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun təşkil etdiyi XX Bakı Yay Enerji Məktəbinin açılış tədbirində çıxışında məlumat verib.
O qeyd edib ki, bu o deməkdir ki, Azərbaycanda fəaliyyət göstərən SOCAR-ın Karbamid zavodunda tətbiq edilən süni intellektlə idarə olunan rəqəmsal həllər, avtomatlaşdırma və müxtəlif texnoloji innovasiyalar beynəlxalq səviyyədə diqqət çəkib:
"Bunun nəticəsində əldə etdiyimiz təcrübə və unikal şərtlər tanınıb, indi isə bu bilikləri dünya ilə bölüşmək mümkündür. Digər bir nümunə isə BTC-dir. 20 illik fəaliyyət tarixinə malik bu nəhəng infrastrukturun operatorluğu BP-dən SOCAR-a ötürülüb. Bu, belə miqyaslı infrastrukturu idarə etmək üçün yerli potensialımızın mövcud olması deməkdir. Biz bu təcrübəni inkişaf etdirmişik və onu paylaşmaq mümkündür. Bu, yalnız bir ölkə ilə deyil, başqa dövlətlərlə də bölüşülə bilər. Çünki BTC bir neçə ölkəni əhatə edən layihədir".
29 İyul 2026
29 İyul 2026