Beş ay ərzində Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri açıqlanıb

10:27 - 6.07.2026


6 iyul, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 384 milyon 531 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 % azdır.

Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 1,8 %-i qədər olub.

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.