21:41 - 3.07.2026
3 iyul, Fineko/abc.az. Moskvada Rusiya, Azərbaycan və İran arasında "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun gələcək inkişafına dair üçtərəfli protokol imzalanıb.
Tərəflər Astara sərhəd-keçid məntəqəsi vasitəsilə yük axınının artdığını bəyan ediblər. Cari ilin iyun ayında daşınmaların həcmi 47.5 min tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50% çoxdur. Birinci yarımilliyin yekunlarına görə, cənub istiqamətində daşınmalar təxminən 27% artıb. Rusiyadan İrana taxıl ixracı isə ötən ilin göstəricisini 4 dəfədən çox üstələyib.
Görüş iştirakçıları həmçinin vahid rəqəmsal nəqliyyat dəhlizinin yaradılması, elektron məlumat mübadiləsinin unifikasiyası və kağız sənədləşməsindən mərhələli şəkildə imtina edilməsi barədə razılığa gəliblər.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026