Azərbaycandakı internet trafikində botların bazar payı aylıq ifadədə 13 % artıb

11:24 - 3.07.2026


3 iyul, Fineko/abc.az. Bu ilin iyun ayında Azərbaycandakı internet trafikinin 91,15 %-i insanların payına düşüb.

Bu barədə "Statcounter" agentliyinin son hesabatında qeyd edilib. Məlumata görə, bu, may ayına nisbətən 0,99 faiz bəndi azdır.

Hesabat dövründə botların bazar payı aylıq ifadədə 13 % artaraq 8,85 % təşkil edib. Son iki ayda isə botların payı ümumilikdə 3 dəfə azalıb.

İyunda qlobal internet trafikinin 76,93 %-i insanların, 23,07 %-i isə botların payına düşüb.