10:24 - 1.07.2026
1 iyul, Fineko/abc.az. Dünya birjalarında keçirilən son ticarət sessiyalarının nəticələrinə əsasən, Azərbaycanın “Azeri Light” markalı xam neftinin qiymətində cüzi azalma qeydə alınıb.
ABC.AZ birja məlumatlarına istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,26 ABŞ dolları və ya 0,34 faiz azalaraq 75,34 dollar təşkil edib. Qiymətlərin enişi qlobal xam neft tədarükünün sabitləşməsi və birjalardakı qısamüddətli korreksiyalarla əlaqələndirilir.
Məlumat üçün qeyd edək ki, "Azeri Light" neftinin tarixində ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026