Üç beynəlxalq agentlik Azərbaycan iqtisadiyyatı barədə proqnoz verdi

16:32 - 30.06.2026


30 iyun, Fineko/abc.az. "ING Group"un analitikləri orta illik inflyasiyanın bu ilin ikinci rübündə 5,7 % (əvvəlki proqnoz 5,5 % idi), üçüncü rübdə 5,8 % (əvvəlki proqnoz - 5,4 %) və dördüncü rübdə 5,6 % (əvvəlki proqnoz - 5,6 %) olacağını gözləyirlər.

ABC.AZ ING-nin yenilənmiş məlumatlarına istinadən xəbər verir ki, Azərbaycanın İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına görə (may ayında açıqlanmış), cari ildə illik inflyasiya təxminən 5,9 % təşkil edəcək.

BMT isə bu il Azərbaycanda inflyasiyanı 3,1 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankı 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanın 2,3 %, Asiya İnkişaf Bankı isə 3,5 % səviyyəsində olacağını gözləyir.

"Moody's" beynəlxalq reytinq agentliyi, cari ildə Azərbaycanda orta illik inflyasiyanı 3 %, "Fitch Ratings" 4,6 %, "Fitch Solutions" isə 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % səviyyəsində proqnozlaşdırır.