Qlobal birjalarda qızıl son 7 ayın ən aşağı səviyyəsinə düşüb

10:11 - 25.06.2026


25 iyun, Fineko/abc.az. ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağına dair gözləntilərin güclənməsi fonunda dolların kəskin bahalaşması qızıl və digər qiymətli metalların qiymətinə ciddi təzyiq göstərməkdə davam edir.

ABC.AZ dünya birjalarındakı son ticarət sessiyalarının nəticələrinə istinadən xəbər verir ki, spot qızılın qiyməti 0,4% azalaraq bir unsiya üçün 3 985,89 dollara geriləyib.

Bununla da qızıl ötən gün qeydə alınan və 2025-ci ilin noyabr ayından bəri ən aşağı göstərici olan minimum həddə yaxın ticarət olunub.

Avqust fyuçersləri üzrə ABŞ qızıl kontraktları da 0,2% dəyər itirərək 4 001,60 dollara düşüb.

Külçə qızıl ötən gün noyabr ayından bəri ilk dəfə olaraq psixoloji cəhətdən kritik hesab edilən 4 000 dollar/unsiya həddindən aşağı enib.