14:08 - 24.06.2026
24 iyun, Fineko/abc.az. Bizdə sığortanın nüfuzetmə səviyyəsini artırmaq üçün əhəmiyyətli potensial var.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
O qeyd edib ki, ASA-nın məqsədi bu imkanları tam şəkildə reallaşdırmaqdır:
"Bununla yanaşı, bizim üçün yalnız kəmiyyət artımı prioritet deyil. Əsas vəzifə ondan ibarətdir ki, sığorta vətəndaşların gündəlik həyatında daha əhəmiyyətli yer tutsun, cəmiyyətin və iqtisadiyyatın dayanıqlı inkişafına daha sanballı töhfə versin. Sürətlə dəyişən dünyada risklər artır, gözləntilər transformasiyaya uğrayır və sığortanın əhəmiyyəti heç vaxt olmadığı qədər yüksəlir".
Müəllif: Elmir Muradov
25 İyun 2026
25 İyun 2026
25 İyun 2026
25 İyun 2026
24 İyun 2026
22 İyun 2026
24 İyun 2026
24 İyun 2026