Almaniyada işçi qüvvəsi böhranı: 2040-cı ilə qədər çalışanların 30%-i təqaüdə çıxacaq

20:54 - 23.06.2026


23 iyun, Fineko/abc.az. Almaniya əmək bazarında "Baby Boomer" (1946–1964) nəslinin kütləvi şəkildə təqaüdə ayrılması səbəbindən ölkənin işçi qüvvəsində kəskin daralma gözlənilir.

ABC.AZ Almaniya Federal Statistika İdarəsinin ("Destatis") rəsmi məlumatlarına istinadən xəbər verir ki, 2040-cı ilə qədər ölkədə təxminən 13,3 milyon insan yasal pensiya yaşı olan 67-ni keçəcək. Bu göstərici hazırkı aktiv işçi qüvvəsinin 30%-nə bərabərdir. Gənc nəslin bu boşluğu doldura bilməməsi fonunda yaşlı əhalinin əmək bazarında qalma payı son 10 ildə 20,7%-dən 27%-ə yüksəlib. Yararan xroniki kəsir səbəbindən Emeklilik Komissiyası bu gün Baş nazir Fridrix Merzə (Friedrich Merz) radikal pensiya islahatı paketini təqdim edəcək. İslahatda 63 yaşında erkən təqaüdə çıxmaq imkanının ləğv edilməsi və pensiya yaşının birbaşa orta ömür uzunluğuna indekslənməsi nəzərdə tutulur.