12:00 - 20.06.2026
20 iyun, Fineko/abc.az. Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol ABŞ və İran arasında əldə olunmuş müvəqqəti mutabakata rəğmən, qlobal enerji ticarətində Hörmüz boğazına olan etimadın birdəfəlik zədələndiyini bəyan edib: "Saziş imzalansa belə, Hörmüz boğazı artıq etibarlılığını itirib. Vaza bir dəfə sındı, ondan sonra əvvəlki vəziyyətinə qayıtması qeyri-mümkündür".
ABC.AZ xəbər verir ki, Fatih Birol qlobal enerji xəritəsindəki son dəyişiklikləri və neft bazarlarındakı yeni reallıqları şərh edib. Onun sözlərinə görə, qlobal enerji ticarətinin iki əsas ana damarı (Rusiyadan Avropaya uzanan boru kəmərləri və Hürmüz boğazı) hazırda iflic vəziyyətindədir və bu şok ölkələri alternativ tərəfdaşlar axtarmağa məcbur edir.
Müsahibədən önəmli makroiqtisadi və geosiyasi markerlər:
Körfəz ölkələri Hürmüzü baypas edir: Birol qeyd edib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) artıq Hörmüz boğazından asılı qalmaq istəmir və intensiv şəkildə alternativ boru kəmərləri inşa edirlər. BƏƏ-nin 2027-ci ilin sonuna qədər bu boğazdan asılılığı sıfıra enəcək.
2027-ci ildə neft bolluğu dalğası: Əgər 60 günlük müzakirə dövründə Hürmüzün bir daha bağlanmayacağına dair qəti zəmanət verilsə, gələn il bazarda ciddi xam neft artıqlığı yaranacaq. Neftin barrelinin 75-80 dollara düşməsi tədiyyə balansı və cari kəsir baxımından Türkiyə kimi ölkələr üçün olduqca müsbət xəbərdir. Lakin infrastrukturun zədələnməsi səbəbindən hasilatın tam bərpası bir neçə ay çəkəcək.
Türkiyənin COP31 hədəfləri: Bu il Antalyada Türkiyənin ev sahibliyi ilə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə COP31 konfransına toxunan IEA rəhbəri, Türkiyənin sammitdə üç qlobal prioriteti (qlobal elektrifikasiyanın artırılması, "sıfır tullantı" və Afrikinın təmiz enerjiyə keçidi) elan edəcəyini və 200-ə yaxın ölkənin dəstəyini qazanacağını bildirib.
20 İyun 2026
20 İyun 2026