17:08 - 19.06.2026
19 iyun, Fineko/abc.az. “Equinor” tərəfdaşları “Petoro”, “Shell”, “TotalEnergies” və “ConocoPhillips” ilə birlikdə Şimal dənizində yerləşən Troll yatağında TWIN adlı sualtı layihəyə təxminən 410 milyon dollar sərmayə yatırır.
ABC.AZ xəbər verir ki, layihə əlavə olaraq 11 milyard kubmetrədək qaz hasil etməyə imkan verəcək, lakin illik hasilat həcmləri hələ açıqlanmayıb. Hasilatın 2028-ci ildə başlanması planlaşdırılır.
Bu təşəbbüs Norveçin Avropada əsas qaz tədarükçüsü kimi mövqeyini möhkəmləndirmək baxımından strateji addım kimi qiymətləndirilir. Ölkə artıq Rusiyadan tədarükün azalması və enerji bazarının yenidən qurulması fonunda Avropanın qaz tələbatının təxminən üçdə birini təmin edir.