16:06 - 19.06.2026
19 iyun, Fineko/abc.az. İslam İnkişaf Bankı (IsDB) Qrupu Bakıda keçirilən 51-ci illik toplantılarında 10 üzv ölkə, bir neçə regional institut və özəl sektor şirkətləri ilə ümumi məbləği 6 milyard ABŞ dolları olan 67 saziş imzalayıb.
ABC.AZ xəbər verir ki, bunu Qrupun Prezidenti Məhəmməd Əl-Casir toplantıların yekun mətbuat konfransında bildirib.
"Bu sazişlər kritik əhəmiyyət kəsb edən sektorlara yönəlib və vahid, mütəşəkkil IsDB qrupu olaraq inkişaf sahəsində yüksək səmərəli həllər təqdim etmək üçün sarsılmaz qətiyyətimizi təsdiqləyir", - o bildirib.
Onun sözlərinə görə, bundan əlavə, IsDB 9 transformasiya layihəsi üçün yeni maliyyələşdirmə şəklində 2,8 milyard ABŞ dollar ayrılmasını təsdiqləyib. "Bu layihələr 9 üzv ölkədə qarşılıqlı əlaqələri, enerji təhlükəsizliyini, ərzaq sistemlərini, iqlimə davamlılığı yaxşılaşdırmağa və dayanıqlı inkişaf sahəsində bir çox məqsədlərə nail olmağa imkan verəcək", - Əl-Casser əlavə edib.