11:23 - 18.06.2026
18 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 1 milyard 628,1 milyon manat təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 % çoxdur.
Təkcə mayda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 356,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 21,2 % çoxdur.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2024-cü illə müqayisədə 8,7 % artaraq 3 milyard 989 milyon manat olub.
18 İyun 2026
18 İyun 2026
16 İyun 2026