DSK iddia edir ki, Azərbaycanda emal sənayesi 3,7 faiz böyüyüb

16:10 - 17.06.2026


17 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanın emal sənayesində 8 milyard 999,9 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 % çoxdur.

Emal sənayesində ən çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalında (2,8 dəfə), toxuculuq sənayesində (+32,2%), maşın və avadanlıqların quraşdırılması və təmiri işlərində (+27,9%), tütün məmulatlarının istehsalında (+20,6%), elektrik avadanlıqları istehsalında (+18,4%), əczaçılıq məhsullarının istehsalında (+14,6%), kağız və karton istehsalında (+13,5%), qida məhsullarının istehsalında (+10,7%) olub.