Vaşinqton Hörmüz boğazından “VIP-keçid”lə bağlı yeni planı müzakirə edir

12:33 - 17.06.2026


17 iyun, Fineko/abc.az. ABŞ administrasiyası neft tankerlərinin Hörmüz boğazı vasitəsilə hərəkətinin bərpası üçün tədbirləri müzakirə edir. Planlara ABŞ hərbi gəmilərinin müşayiəti ilə ödənişli keçid sisteminin tətbiqi də daxildir.

ABC.AZ xəbər verir ki, bu barədə Politico qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ağ Evdə gəmi sahibləri və sığorta şirkətlərini Hörmüz marşrutundan yenidən istifadə etməyə təşviq edəcək müxtəlif variantlar nəzərdən keçirilir. Təkliflərdən biri gəmilərə əlavə ödəniş qarşılığında sürətləndirilmiş keçid imkanı verən və ehtiyac olduqda ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiətini nəzərdə tutan “VIP-keçid” sistemidir.

Politico-nun yazdığına görə, bu istiqamətdə yekun qərar hələ qəbul olunmayıb.