Azərbaycanda ixracla məşğul olanlar kəskin azalıb

11:30 - 17.06.2026


17 iyun, Fineko/abc.az. 2026-cı ilin yanvar-may aylarında Azərbaycanda xarici ticarət iştirakçılarının sayı 25 967 şəxs olub. Bu say 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11 675 şəxs azdır.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövründə Azərbaycanda xarici ticarət iştirakçılarının sayı 37 642 şəxs təşkil etmişdi.

İllik müqayisədə xarici ticarət iştirakçılarının sayı hüquqi şəxslər üzrə 101 şəxs azalaraq 8 594-ə düşüb, fiziki şəxslər üzrə isə 11 574 şəxs azalaraq 17 373 şəxsə düşüb.