19:45 - 12.06.2026
12 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ilin yekunlarına dair hesabatını açıqlayıb. Sənədə əsasən, hesabat ilində iqtisadiyyatın nağd pula olan tələbatı tam həcmdə təmin edilib və pul nişanları üzrə zəruri ehtiyatlar yaradılıb.
ABC.AZ rəsmi hesabata istinadən nağd pul dövriyyəsinin əsas göstəricilərini təqdim edir:
Mədaxil və məxaric: İl ərzində Mərkəzi Banka dövriyyədən 4.5 milyard manat pul nişanı mədaxil edilib, 6.6 milyard manat pul nişanı isə dövriyyəyə məxaric olunub.
Nağd pul kütləsi: Tədavüldə olan nağd pul kütləsi ilin əvvəli ilə müqayisədə 12.1% (2.1 milyard manat) artaraq ilin sonuna 19.6 milyard manat təşkil edib.
Milli valyuta ehtiyatları: Son iş gününə ölkənin milli valyuta üzrə ehtiyatları 7.1 milyard manat olub. Bu həcm iqtisadiyyatın 2026-cı ilin sonunadək olan tələbatını tam ödəməyə yetərlidir.
Saxta və yararsız pullar: İl ərzində milli valyutada 440 ədəd (39 min manat) saxta pul nişanı, xarici valyutada isə 550 ədəd saxtakarlıq əlaməti olan pul nişanı aşkarlanaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Bundan əlavə, AMB-nin nağd pul ofisləri tərəfindən əhalidən 2.63 milyon manat (43.6 min ədəd) yararsız pul nişanı qəbul edilərək dəyişdirilib.
12 İyun 2026
12 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026