14:03 - 12.06.2026
12 iyun, Fineko/abc.az. Azərbaycanda kiçik və butik tipli şərabçılıq təsərrüfatlarının sayının artırılması planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı keçirilən müşavirədə deyib
Onun sözlərinə görə, hazırda fəaliyyət göstərən 5 butik şərabçılıq təsərrüfatının sayının 20-yə çatdırılması hədəflənir: "Bu istiqamətdə investorlara dövlət dəstəyi göstəriləcək. Yeni şərabçılıq təsərrüfatlarının yaradılması üçün avadanlıq subsidiyaları, kredit faizlərinin subsidiyalaşdırılması və texniki üzüm bağlarının salınmasına görə dəstək mexanizmləri tətbiq olunacaq".
Nazir bildirib ki, texniki üzüm bağlarının salınmasına görə subsidiya mexanizmi yeni alətdir və indiyədək tətbiq edilməyib: "İşğaldan azad edilmiş ərazilər də daxil olmaqla ölkədə şərabçılığın inkişafı üçün böyük potensial mövcuddur".
©Report
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026