13:17 - 30.11.2018
30 noyabr, Fineko/abc.az. Azərbaycan parlamenti 2019-cu il üzrə yaşayış minimumu və ehtiyac meyarının ölçüsü təsdiqlədi.
Azərbaycanda 2019-cu il üzrə ünvanlı sosial yardımın səviyyəsini müəyyənləşdirmək üçün əsas götürülən ehtiyac meyarının həcmi 143 manat səviyyəsində təsdiq olunub.
Yaşayış minimumu 180 manat, o cümlədən iş qabiliyyəti olan əhali üçün 191 manat, təqaüdçülər üçün 149 manat, uşaqlar üçün isə 160 manat səviyyəsində müəyyən olunub.