15:52 - 10.06.2026
10 iyun, Fineko/abc.az. Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq etməyi planlaşdırır. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayeamov bildirib.
ABC.AZ xəbər verir ki, Tokioga səfəri çərçivəsində Azərbaycanın XİN rəhbəri yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüş keçirib.
Ceyhun Bayramov vurğulayıb ki, Yaponiya vətəndaşları üçün viza rejiminin ləğvi qarşılıqlı səfərləri asanlaşdıracaq, işgüzar əlaqələrin genişlənməsinə, turizmin inkişafına güclü təkan verəcək və ümumilikdə iki ölkə xalqı arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
8 İyun 2026